Tanınmış həkim Qazax və Mingəçevirdə xəstələri qəbul edəcək - VİDEO

11:49 - 18 Avqust 2022 - Cəmiyyət

Zob xəstəliyi Azərbaycanda çox geniş yayılıb. Xəstəlik vaxtında aşkarlanmalı, düzgün müalicə olunmalıdır. Özbaşına, həkim nəzarəti olmadan aparılan müalicə çox ağır fəsadlara səbəb olur. Bu səbəbdən ilk növbədə xəstələr həkimə müraciət etməli, vaxtında xəstəliyin müalicəsinə başlamalıdır.

Azərbaycanda bu sahədə kifayət qədər tanınmış həkimlər var. Ucnoqta.az xəbər verir ki, onlardan biri cərrah- endokrinoloq Xəqani Həsənovdur. Cərrah- endokrinoloq Xəqani Həsənov avqustun 20-də Qazax rayonunda LabMed Tibb Mərkəzində, avqustun 21-də isə Mingəçevir Regional Hospitalda zob xəstəliyindən əziyyət çəkən xəstələri qəbul edəcəkdir.

Qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz.
050 603 81 83, 077 603 81 82

Xəbər xətti