Batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas edildi

22:55 - 17 Avqust 2022 - HADİSƏ

Bu gün çimərkən batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Astara” və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində, “Buzovna” və “Görədil” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşənlər xilas edilib.

Xəbər xətti