Bakıda tikinti materialları mağazası yanıb

18:45 - 14 Avqust 2022 - HADİSƏ

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli mağazanın yanar konstruksiyaları və içərisindəki tikinti materialları yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti