Pilotun uçuşa etirazı Məşhəd-İstanbul reysini təxirə salıb

İranda pilotun uçuşa etirazı Məşhəd-İstanbul reysini təxirə salıb.

APA-nın məlumatına görə, bu gün səhər saat 09:30-da Məşhədin Şəhid Haşemi Nejad Hava Limanından İstanbula uçmalı olan 9735 nömrəli reysdə təyyarənin təkərlərinin saf (keçəl) olması reys pilotunun etirazına səbəb olub və uçuş təxirə salınıb.

Təyyarə təkərinin partlama ehtimalı olduğu üçün reys üçün uyğun təkərlər Tehrandan tələb olunub. Reys, təkərlər gəlib dəyişdirilənə qədər təxirə salınıb.

Qeyd edək ki, ötən həftələrdə Məşhəd Beynəlxalq Hava Limanında təyyarənin təkəri partlaması nəticəsində iki dəfə qəzalı enişi olub. Hər iki enişdə sərnişinlər ziyan görməsə də, təyyarəyə ziyan dəyib.

Tarix
13 Avqust 2022 [17:18]
Müəllif
Üç nöqtə
2022-08-13 17:18:02
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin