Şuşada ermənilərə məxsus kəşfiyyat uçuşu edən kvadrakopter endirildi - VİDEO

15:10 - 13 Avqust 2022 - Xəbər

Avqustun 13-ü saat 10:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

 

Xəbər xətti