Elvin Ağayev əməliyyatdan sonra evə buraxılıb

14:49 - 13 Avqust 2022 - Xəbər

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayev qaraciyəri dəyişdiriləndən sonra xəstəxanadan evə buraxılıb.

Ucnoqta.az xəbər verir ki, aktyor bu barədə öz sosial şəbəkə hesabında məlumat verib.

O qeyd edib ki, 3 avqustda uğurlu əməliyyat keçirdikdən sonra artıq həkimlərin razılığı ilə müalicəsini evdə davam etdirəcək. Aktyor, müalicə prosesinin 6 ay davam edəcəyini deyib.

Qeyd edək ki, uzun müddətdir, qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayevə öz bacısının qaraciyəri köçürülüb.

Xəbər xətti