Təsərrüfat sahiblərinə qarşı dələduzluq edən şəxs həbs olunub - FOTO

Daxili işlər orqanları tərəfindən ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan xəbər verilib.

Bildirilib ki, 10 nəfər Kürdəmir rayon sakini Rayon Polis Şöbəsinə müraciət edərək cari ilin aprel-may aylarında Nemət adlı şəxsin onlara qarşı dələduzluq etdiyini, yalan vədlər verərək iri və xırdabuynuzlu heyvanlarını ələ keçirdiyini deyiblər.

Daxil olan müraciətlər əsasında Kürdəmir ayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən rayonun Muradxan kənd sakini Nemət Baxşiyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı o, törətdiyi əməllərini etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, N.Baxşiyev qeyd edilən aylar ərzində rayonun Çərtəyəz, Çöl-Ərəb, Ərəbxana, Sor-Sor və Yenikənd kənd sakini olan 10 təsərrüfatçının etibarından istifadə edərək, aldatma yolu ilə onlara məxsus ümumilikdə 25 iribuynuzlu və 28 xırdabuynuzlu heyvanlarını ələ keçirib və zərərçəkmişlərə ümumilikdə 21528 manat maddi ziyan vurub. Daha sonra isə həmin heyvanları dəyərindən ucuz qiymətə satan N.Baxşiyev əldə etdiyi pulları xərcləyib.

Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əgər N.Baxşiyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in "102" xidmətinə, həmçinin Kürdəmir RPŞ-nə müraciət etmələri xahiş olunur.

Tarix
13 Avqust 2022 [13:36]
Müəllif
Üç nöqtə
2022-08-13 13:36:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin