Aparıcı ayağını çölə çıxaran sərnişindən yazdı - VİDEO

Teleaparıcı Fərid Rəsul Salyan istiqamətində hərəkətdə olarkən yolda rastlaşdığı hadisəni lentə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə o, instaqramda paylaşım edib.
Aparıcının paylaşdığı görüntülərdə hərəkətdə olan digər avtomobilin ön oturacağında əyləşən sərnişinin ayağını çölə çıxarması əks olunub.

“Havanın temperaturu 37 dərəcədir və dəhşət isti var. Arxada maraqlı bir şey görürəm. İstidəndir, nədəndir, bilmirəm, qardaşımız ayağını pəncərədən çıxarıb belə gedir”, - deyə Fərid Rəsul videoda bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Bakıda Murad Əşrəfov adlı sürücü ayağını çölə çıxararaq avtomobili idarə etmişdi. Nəticədə Yasamal Rayon Məhkəməsinin qərarına əsasən o, 10 sutka inzibati qaydada həbs edilmişdi.

Tarix
13 Avqust 2022 [09:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-08-13 09:52:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin