Azərbaycanda vəzifəli şəxslərə cinayət işi başlanıldı

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.

Bu barədə Ucnoqta.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki.

Bildirilib ki, Xəstəxanada vətəndaşların sosial təminatı məsələləri ilə əlaqədar bir sıra öhdəliklərin yerinə yetirilməsi zamanı vəzifəli saxtakarlıqlarına yol verilməsi barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.

İlkin əməliyyat tədbirləri ilə qeyd edilən tibb müəssisəsinin Pediatriya şöbəsinin həkim pediatrı Şükürov Emil Zakir oğlunun əlillik dərəcələrinin təyin olunması və pensiya təyinatı ilə əlaqədar ayrı-ayrı vətəndaşlara məxsus xəstəlik tarixçələri və digər tibbi sənədlərin həqiqi məzmununu təhrif edərək saxtalaşdırmasına, həmin sənədləri Xəstəxananın Həkim Məsləhət Komisiyasına təqdim etməsinə, bu yolla da onlara qanunsuz əsaslarla sosial müavinətin təyin edilməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlar üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

"Hazırda iş üzrə əhəmiyyət kəsb edən digər halların aşkar edilməsi və qanunsuz hərəkətlərə yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq- əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

Tarix
12 Avqust 2022 [16:29]
Müəllif
Üç nöqtə
2022-08-12 16:29:53
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin