Benzin Türkiyədə Azərbaycandan ucuzdur - SİYAHI

Azərbaycan “Aİ-95” (“Premium”) markalı benzinin qiymətinə görə Avropa ölkələri arasında 4-cü sırada qərarlaşıb.

Ucnoqta.az xəbər verir ki, Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən ucuz satıldığı ölkə Rusiyadır. Rusiyada “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 0,82 avro (1,43 manat) təşkil edir.

Avropa ölkələri arasında 4-cü sırada olan Azərbaycanda ötən ayın ortalarından etibarən “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 40 qəpik bahalanaraq 2 manata (1,15 avro) satılır.

Avropada “Aİ-95” markalı benzinin Azərbaycandan ucuz olduğu daha 2 ölkə var -  Türkiyə və Belarus. “Aİ-95” markalı benzinin 1 litri Belarusdaa 0,90 avro,  Türkiyədə isə 1,09 avroya bərabərdir.
Avropa ölkələrində Aİ-95 markalı benzinin qiyməti aşağıdaki kimidir:

Rusiya – 0,82 avro

Belarus – 0,90 avro

Türkiyə - 1,09 avro

Azərbaycan – 1,15 avro

Ermənistan – 1,28 avro

Ukrayna – 0,32 avro

Malta – 1,34 avro

Moldova – 1,41 avro

Şimali Makedoniya – 1,44 avro

Gürcüstan – 1,44 avro

Monteneqro – 1,45 avro

Polşa – 1,47 avro

Xorvatiya – 1,60 avro

Sebiya – 1,62 avro

Sloveniya – 1,62 avro

Rumıniya – 1,62 avro

Lüksemburq – 1,64 avro

Andorra – 1,66 avro

Bolqarıstan – 1,69 avro

Bosniya və Herseqovina – 1,71 avro

Kipr – 1,71 avro

Çexiya – 1,75 avro

Macarıstan – 1,76 avro

Albaniya – 1,77 avro

Litva – 1,78 avro

Almaniya – 1,78 avro

Belçika – 1,81 avro

İtaliya – 1,82 avro

Latviya – 1,83 avro

Slovakiya – 1,83 avro

Fransa – 1,84 avro

İspaniya – 1,86 avro

İsveç - 1,87 avro

Portuqaliya – 1,88 avro

İrlandiya – 1,91 avro

Estoniya – 1,93 avro

Avstriya – 1,96 avro

Danimarka – 2 avro

Yunanıstan – 2,14 avro

Finlandiya – 2,18 avro

İsveçrə – 2,19 avro

Norveç – 2,21 avro

Böyük Britaniya – 2,23 avro

Hollandiya – 2,23 avro

İslandiya – 2,27 avro

///Yeniavaz.com

Tarix
12 Avqust 2022 [13:14]
Müəllif
Üç nöqtə
2022-08-12 13:14:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin