Azərbaycanda Vətən Müharibəsi iştirakçısı intihar edib - FOTO

12:19 - 12 Avqust 2022 - Xəbər

Azərbaycanda Vətən müharibəsi iştirakçısı özünü asıb

Ucnoqta.az xəbər verir ki, Qəbələ rayonu Əmirvan kənd sakini 1998-ci il təvəllüdlü İsmayılov İlkin Elçin oğlu avqustun 11-də özünü yaşadığı evin həyətindəki yarımtikilidə asıb.
 Hadisənin səbəbləri məlum deyil. İlkin İsmayılov 44 günlük Vətən Müharibəsi iştirakçısı olub.

Əldə etdiyimiz məlumata görə, hadisə gecə saatlarında baş verib. Belə ki, İlkin gecə saat 12 radələrinə telefonla danışmaq üçün həyətə çıxıb. Səhər ailə üzvlərin onun asılmış meyitini yarıtikilidə aşkar ediblər. 

Mərhumun nişanlı olduğu deyilıir.
Hadisə araşdırılır.


Xəbər xətti