Vətən Müharibəsi iştirakçısı siqaret pulu verməyən anasını döydü

Bakıda anasını döyən şəxsin məhkəmə prosesi keçirilib. 

Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 16A, 10 saylı mənzildə yaşayan A.Orucov (ad-soyad şərtidir) anası S.Orucovadan (ad-soyad şərtidir) siqaret almaq üçün pul istəyib. Lakin, anası pul verməkdən imtina etdiyi üçün yumruqla onun  baş nahiyəsindən iki dəfə və kürək nahiyəsindən bir neçə dəfə vuraraq müxtəlif bədən xəsarətləri yetirib.

Bu əməlinə görə A.Orucov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilib.

Suraxanı Rayon Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında anası A.Orucovdan şikayətçi olmadığı üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, o, Vətən Müharibəsi iştirakçısıdır.///unikal

Tarix
10 Avqust 2022 [12:29]
Müəllif
Üç nöqtə
2022-08-10 12:29:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin