Təcridxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən bildirilib ki, Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elmin Vilayət oğlu Cəfərova qardaşı Saatlı rayon sakini Elvin Vilayət oğlu Cəfərov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı gödəkçənin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş kağız bükülülərdə ümumi çəkisi 2,522 qram olan narkotik maddə - tiryək və ümumi çəkisi 0,766 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
10 Avqust 2022 [12:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-08-10 12:25:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin