Şəhid hərbçimiz Ağstafada dəfn edilib - FOTO

12:10 - 6 Avqust 2022 - Cəmiyyət

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu Ağstafada dəfn edilib.

Şəhid olan hərbi qulluqçumuz, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu ilə anadan olduğu Ağstafanın Xətai kəndində vida mərasimi keçirilib. Daha sonra şəhidimiz Ağstafa rayon şəhidlər xiyabanında dəfn edilib.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.///apa


Xəbər xətti