Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edildi

00:31 - 1 İyul 2022 - HADİSƏ

Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Xəbər xətti