Tanınmış ginekoloqun ölümünə dair yeni məlumat

İyunun 27-də intihar edən tanınmış ginekoloq-həkim Xalidə Kəngərli ərindən boşanmaq ərəfəsində olub.  

Ucnoqta.az xəbər verir ki, bizim.media-nın əldə etdiyi məlumata görə, X.Kəngərli əri Rüfət Kəngərlidən boşanmaq üçün özünə vəkil də tutubmuş. 
İddia olunur ki, həmin vəkil həkimin ərindən boşanması üçün hüquqi sənədləri hazırlayırmış. Bildirilir ki, X.Kəngərli intihar etməmişdən bir neçə gün əvvəl vəkil ilə boşanmasını müzakirə edib. 

Amma boşanma ilə bağlı sənədlər vaxt məhdudiyyətinə görə, məhkəməyə təqdim olunmayıb. 
Qeyd edək ki, iyunun 27-də saat 17 radələrində 1984-cü il təvəllüdlü Xalidə Kəngərli paytaxtın Yasamal rayonu ərazisində yerləşən binanın 10-cu mərtəbəsində yaşadığı mənzilin eyvanından özünü ataraq öldürüb. 

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Yayılan məlumatlara görə, X.Kəngərli xeyli vaxt əri tərəfindən şiddətə məruz qalıb. Şiddət görən qadının bədəninin müxtəlif nahiyələrində işgəncə izlərinin də olduğu iddia olunub. Qeyd olunur ki, X.Kəngərli intihar etməmişdən əvvəl də ərinin şiddətinə məruz qalıb. Hazırda bu iş üzrə istintaq araşdırması davam edir.  

Tarix
30 İyun 2022 [14:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-06-30 14:25:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin