Bakıda qəzaya düşən YPX əməkdaşı ilə bağlı - ARAŞDIRMA BAŞLADI

11:14 - 30 İyun 2022 - Cəmiyyət

Bakıda yol polisinin iştirakı ilə baş verən qəza ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Araz Əsgərli bildirib. Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək:

“Qəzada yol polisi əməkdaşı da olduğu üçün xidməti araşdırma da başlayıb. Bu zaman həmin əməkdaşın fəaliyyətinə də qiymət veriləcək. Həm də hadisə ilə bağlı təhqiqat araşdırması aparılacaq. Belə hadisələrdə xidməti araşdırma mütləq aparılmalıdır. Məsələyə araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək”.

Xəbər xətti