BŞTİ rəhbərindən deputatın ittihamlarına CAVAB

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deputat Etibar Əliyevin idarənin müdir müavini Xəyalə Əhmədzadənin qanunsuz təyinatlarla məşğul olması barədə səsləndirdiyi iddialara münasibət bildirib.

İdarə müdiri jurnalistlərə açıqlamasında deyib ki, belə əsassız iddiaların rəsmi şəxs tərəfindən səsləndirilməsi təəssüf doğurur.

"Mənə elə gəlir ki, hər hansı fikir rəsmi şəxs tərəfindən səsləndirilirsə, onun əsası olmalıdır. Əgər hər hansı bir əsası varsa, biz hazırıq. Bunun üçün hüquq mühafizə orqanları var, rəsmi qurumlar var. Ora müraciət edib, məsələnin həllinə yönəlməlidirlər. Boş-boş danışmaqla deyil. Mən də çox şeyi deyə bilərəm, iddia edə bilərəm. Hesab edirəm ki, iddialar əsaslı olmalıdır. Əgər Etibar Əliyevin əlində tutarlı dəlillər varsa, buyurub hüquq mühafizə orqanlarına müraciət etsin və məsələnin dərinliyinə gedilsin. Əgər günahkar biziksə, biz cavab verək. Yox, əgər o, yalan deyirsə, o, cəzalandırılsın" - deyə o qeyd edib.

Tarix
30 İyun 2022 [10:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-06-30 10:11:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin