Müdafiə Nazirliyi məlumat yaydı: İyunun 29-dan ...

11:44 - 28 İyun 2022 - Xəbər

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, döyüş sursatlarının utilizasiya prosesi 29.06.2022 - ci il tarixdən 02.07.2022 - ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Xəbər xətti