Qubada avtomobil Samur-Abşeron kanalına aşdı, sərnişin boğuldu

10:13 - 28 İyun 2022 - HADİSƏ

Qubada avtomobil kanala aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, iyunun 27-də saat 22 radələrində Quba rayonunun Hacıhüseynli kəndi ərazisində Qımılqışlaq kənd sakini Sərxan Əlixanov idarə etdiyi “Ford Transit” markalı avtomobili Samur-Abşeron kanalına aşırıb.

Nəticədə sürücü sudan çıxarılıb, sərnişini Rəvan Əmirov isə suda boğulub.

Xəbər xətti