"Şuşada ilk yaşayış kompleksinin tikintisinə başlanılıb" - Aydın Kərimov

"Şuşanın bərpası işləri il yarımdan çoxdur, davam edir. Tarixi obyekt kimi bərpa olunur, yeni infrastruktur qurulur".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

“Üç məsciddə və bir sıra digər tarixi yerlərdə işlər davam etdirilir. Şuşada həmçinin ilk yaşayış kompleksinin tikintisinə də başlanılıb. Yaxın gələcəkdə şəhərin infrastrukturunun inkişafı üçün daha bir neçə yeni layihə həyata keçiriləcək, bunlar elektrik təchizatının yaxşılaşdırılması, su təchizatı və kanalizasiya şəbəkələrinin yaradılmasıdır. Onların layihələndirilməsi tamamlanma mərhələsindədir və yaxın vaxtlarda bu istiqamətdə işlərə başlanılacaq”, - A.Kərimov qeyd edib.

O, Şuşada beşulduzlu otelin tikintisinin sürətlə davam etdiyini, yeni otellərin də tikiləcəyini vurğulayıb.///report

Tarix
28 İyun 2022 [00:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-06-28 00:18:59
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin