Bakının Sabunçu rayonunda ölüm hadisəsi baş verib.
Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, hadisə Nardaran çimərliyində qeydə alınıb.
36 yaşlı Quliyev Anar Samir oğlu bir nəfəri dənizdə boğulmaqdan xilas edib. Başqasını xilas edərkən özü dənizdə boğularaq ölüb.
A.Quliyev Bakıdakı məktəblərin birində idman müəllimi kimi fəaliyyət göstərirmiş.
Tarix
27 İyun 2022 [22:55]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin