Gürcüstandan Rusiyaya gedənlər Azərbaycana yönəldilir

21:10 - 27 İyun 2022 - Xəbər

Gürcüstanda Rusiyaya yollanan nəqliyyat vasitələrinin sahibləri Azərbaycanla sərhəddəki “Qırmızı körpü” və “Laqodexi” gömrük məntəqələri vasitəsilə sərhədkeçmə prosedurlarını həyata keçirə bilərlər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Qurum qeyd edib ki, Dəryal dərəsindəki mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq Gürcüstan-Rusiya sərhədindəki “Kazbeqi” gömrük-keçid məntəqəsi müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Hava şəraitinin yaxşılaşması və bərpa-möhkəmləndirmə işlərindən sonra “Kazbeqi” məntəqəsi adi rejimdə fəaliyyətini davam etdirəcək.

Xəbər xətti