Ruslar Kiyevdə uşaq bağçasını raketlə vurdu

Rusiya qoşunları Ukraynanın paytaxtı Kiyevdə uşaq bağçasına raket zərbələri endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya raketi ilə vurulan daha bir “hərbi obyekt”. Bu gün Kiyevdə bir uşaq bağçası...”, - nazirliyin sosial şəbəkə hesabındakı paylaşımda deyilir.

Qeyd edək ki, iyunun 26-da səhər saatlarında Kiyev şəhərinin mərkəzi hissəsinə bir neçə raket atılıb. Kiyevin Şevçenko rayonuna raketin düşməsi nəticəsində yaşayış binasında dağıntılar qeydə alınıb. Hazırda xilasetmə işləri davam etdirilir. Ölən və yaralananlar barədə dəqiqləşdirmə aparılır.

Tarix
26 İyun 2022 [13:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-06-26 13:51:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin