Daşkəsəndə avtomobili çaya düşüb, ölən və xəsarət alanlar var

21:16 - 25 İyun 2022 - ÖLKƏ İÇİ

Daşkəsəndə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Qoşqar çayının üzərindəki körpüdən aşıb.

Qəza zamanı 27 yaşlı Ruslan Cabbarov və 32 yaşlı Rövşən Alıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bir nəfər hadisə yerində dünyasını dəyişib. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti