Fəhlə daşıyan mikroavtobusla 2 avtomobil toqquşub, 10-dan çox yaralı var - FOTO

21:01 - 23 İyun 2022 - HADİSƏ

Ələt-Astara yolundakı qəzada yaralananların bəzilərinin şəxsiyyəti məlum olub. 

 Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən xəstələr bunlardır: 

1. 1964-cü il təvəllüdlü İbadullayeva Zabitə Kərimulla qızı, Masallı rayonunun Qarğalıq kənd sakini. 

2. 1972-ci il təvəllüdlü Qəmbərov Yadigar Heybət oğlu, Masallı rayonunun Qarğalıq kənd sakini. 

3. 1978-ci il təvəllüdlü Cəfərova İlhamə Şücayət qızı, Masallı rayonunun Qarğalıq kənd sakini. 

4. 1961-ci il təvəllüdlü Vəliyeva Həlimə İbadulla qızı, Masallı rayonunun Qarğalıq kənd sakini. 

5. 1990-cu il təvəllüdlü Orucova Tutu Məcnun qızı, Masallı rayonunun Qarğalıq kənd sakini. 

6. 1987-ci il təvəllüdlü Əliyev Tofiq İdris oğlu, Masallı rayonu Əhmədli kəndi. 

Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.///report


19:11

Masallıda zəncirvarı yol qəzası baş verib.

Hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Masallı rayonunun Əhmədli kəndindən keçən hissəsində qeydə alınıb.

Fəhlə daşıyan mikroavtobusla 2 minik avtomobilinin toqquşması nəticəsində 10-dan çox şəxs xəsarət alıb.

Yaralılar Masallı və Cəlilabad Rayon Mərkəzi xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///apa
Fotolar "report"a məxsusdur.


Xəbər xətti