Azərbaycan nefti ucuzlaşıb

11:11 - 23 İyun 2022 - İQTİSADİYYAT

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.

Azərbaycan neftinin bir barelinin qiyməti 3,95 ABŞ dolları və ya 3,24% azalaraq 117,78 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Xəbər xətti