Messi rus məhəlləsində iki mənzil alıb

09:02 - 20 İyun 2022 - MARAQLI

Rusiya millisinin sabiq qapıçısı, hazırda Mayamidə yaşayan Ruslan Niqmatullin “Sport Ekspress”ə müsahibəsində PSJ-nin hücumçusu Lionel Messinin Mayamidəki həyatından danışıb.

“Tez-tez Messinin evini görürəm. Bilirəm ki, o, burada ikinci mənzil də alıb. Və hər ikisi rus məhəlləsində. Görünür, o, “İnter Mayami”yə keçməyə hazırlaşır”, - deyə Niqmatullin bildirib.
O, şəhərdəki tanınmışların kifayət qədər qapalı və təcrid olunmuş həyat tərzi keçirdiklərini deyib.///oxu.az

Xəbər xətti