“Mercedes-Benz” bir milyondan çox avtomobili geri çağırır

07:29 - 5 İyun 2022 - AVTO

“Mercedes-Benz” 2004-2015-ci illər arasında istehsal olunmuş bir milyondan çox avtomobilini geri çağırır. Buna səbəb avtomobillərin əyləc sistemində mümkün problemlər, daha dəqiq desək əyləc sisteminin əsas silindrinin mümkün korroziyasıdır. Qərar ML, GL və R sinfindən olan modellərə şamil edilib. Adıçəkilən avtomobillərin sahiblərindən xahiş olunur ki, avtomobil şirkət tərəfindən texniki baxışdan keçməyincə nəqliyyat vasitəsindən istifadə etməsinlər.///oxu.az

Xəbər xətti