"Liverpul" UEFA-ya şikayət edəcək

UEFA bir neçə saat əvvəl başa çatmış Real Madrid – Liverpul görüşü zamanı baş vermiş qarşıdurmaya münasibət bildirib.

Qurumun açıqlamasında göstərilir ki, oyundan əvvəl çox sayda azarkeş saxta biletlə “Stad de Frans” stadiona daxil olmaq istəsə də, turniketdən keçə bilməyib. Bu səbəbdən polislə azarkeşlər arasında qarşıdurma baş verib. Polis gözyaşardıcı qaz tətbiq etmıəyə məcbur olub. Oyun nəzərdsə tutulandan 35 dəqiqə gec başlayıb.

Öz növbəsində, Liverpul da məsələyə münasibət bildirib. Komanda azarkeşlərin və oyunçuların təhlükəsizliyinin təmin olunmamasına görə şikayət edəcəyini bildirib.

Fransa polisindəki mənbə qarşıdurmaya səbəb kimi biletsiz azarkeşlərin stadiona keçmək istəməsini göstərib.///apa

Tarix
29 May 2022 [09:01]
Müəllif
Üç nöqtə
2022-05-29 09:01:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin