Putin hərbi xidmət keçmə ilə bağlı yaş həddini ləğv etdi

20:00 - 28 May 2022 - DÜNYA

Rusiyada hərbi xidmət keçmə ilə bağlı yaş həddi ləğv edilib.

Ucnoqta.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu barədə fərmanı imzalayıb.
Qanuna görə, həm əmək qabiliyyətli Rusiya vətəndaşları, həm də əcnəbilər üçün hərbi xidmət üçün birinci müqavilə bağlamaq hüququ verilən yaş həddini aradan qaldırır.

Bundan əvvəlki qanunda isə hərbi xidmət üçün birinci müqaviləni 18 yaşdan 40 yaşa qədər olan vətəndaşlar, 18 yaşdan 30 yaşadək olan əcnəbi vətəndaşlar bağlaya bilərdi.

Yaş həddinin ləğvi belə əsaslandırılıb ki, silahlardan, eləcə də hərbi texnikalardan məharətlə istifadə yüksək peşəkar mütəxəssislər tələb edir. Təcrübə göstərir ki, hərbçilər 40-45 yaşa qədər daha peşəkar olurlar.///Lent.az

Xəbər xətti