Oğuzda ev yanıb, 82 yaşlı qadın yanaraq ölüb - Foto

09:56 - 28 May 2022 - HADİSƏ

Oğuz rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Şirvanlı kəndində qeydə alınıb.

Kənddə yerləşən fərdi yaşayış evlərindən birinin yanması nəticəsində evdə yaşayan 1940-cı il təvəllüdlü Həcər Yusif qızı Əhmədova yanaraq ölüb.

Yanğının söndürülməsi üçün əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.///report


Xəbər xətti