Salyanda 30 yaşlı kişini qılıncla başından vurdular

09:35 - 28 May 2022 - HADİSƏ

Salyan sakini başından yaralanıb. “Report”un məlumatına görə, hadisə Xalac kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Səmədov Əlqayıt Namiq oğlu baş nahiyəsinin kəsilmiş-yarılmış yarası ilə Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının dediyinə görə, o, qohumu tərəfindən qılıncla vurulub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti