Hikmət Hacıyev Aİ-yə üzv ölkələrin səfirləri ilə görüşüb

20:45 - 27 May 2022 - SİYASƏT

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda akkreditə olunmuş Avropa İttifaqı (Aİ) nümayəndəliyi və Aİ səfirləri ilə görüşüb. Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabındakı paylaşımında qeyd edib.Bildirib ki, məhsuldar keçən görüşdə Brüssel sülh gündəliyinə dair fikir mübadiləsi aparılıb. "Biz Brüssel sülh gündəliyinin davamı kimi Bakıda akkreditə olunmuş Aİ nümayəndəliyi və Aİ səfirləri ilə məhsuldar görüş keçirdik və fikir mübadiləsi apardıq",- deyə Prezidentin köməkçisi qeyd edib.

Xəbər xətti