MTN generalı əfv edildi

19:09 - 27 May 2022 - Xəbər

MTN generalı Teymur Quliyev əfv edilib.

Bu gün Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamı ona da şamil edilib.

Qeyd edək ki, Teymur Quliyev Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi olub.

Ləğv edilmiş MTN-in sabiq baş idarə rəisi Teymur Quliyev 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadllqdan məhrum edilib.

 

Xəbər xətti