Meymunçiçəyi daha çox gəmiricilərdən, primatlardan yoluxur - TƏBİB

“Meymunçiçəyi təkcə meymunlardan yoluxmur. Meymunlar çox az faiz təşkil edir. Bu xəstəlik daha çox gəmiricilərdən, primatlardan yoluxur”.

Bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

O bildirib ki, daha çox endemik bölgə Qərbi və Mərkəzi Afrika ölkələridir: “Son günlər bu xəstəliyin diqqət çəkməsi artıq digər qitələrdə də bu xəstəliyə yoluxma halının aşkarlanması ilə bağlıdır. Lakin indiyə qədər yoluxma halları Afrika ölkələrindən gələn insanlardan yoluxma halı ilə bağlı olub. Amma indi meymunçiçəyinə tamamilə sərbəst şəkildə yoluxma halları qeydə alınır”.

Nəzrin Mustafayeva qeyd edib ki, insanların da bu xəstəliyi bir-birinə yoluxdurması mümkündür: “Digər tərəfdən, xəstə insanda olan səpgilərə təmas vasitəsilə də bu xəstəliyə yoluxma qeydə alına bilər”.///Apa

Tarix
27 May 2022 [17:48]
Müəllif
Üç nöqtə
2022-05-27 17:48:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin