İran ABŞ-a nota verdi

13:37 - 27 May 2022 - DÜNYA

İsveçrənin Tehranda ABŞ-ın maraqlarını müdafiə edən müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

İran bayrağı daşıyan neft gəmisinin ABŞ-ın təzyiqi ilə Yunanıstan hökuməti tərəfindən ələ keçirilməsindən sonra İran Birləşmiş Ştatlara nota verib.

Görüşdə İranın beynəlxalq hüquq və dəniz hüququ qaydaları və müvafiq beynəlxalq konvensiyalar, xüsusilə də ABŞ hökuməti tərəfindən gəmiçilik azadlığı və azad beynəlxalq ticarət prinsipinin davamlı şəkildə pozulmasına etirazları bəyan edilib və gəminin dərhal azad edilməsinin vacibliyi vurğulanıb.

İsveçrənin müvəqqəti işlər vəkili də məsələni dərhal Vaşinqtona çatdıracağını bildirib.///oxu.az

Xəbər xətti