Rusiyanın Ukraynadakı müharibədə itkiləri – SİYAHI

12:52 - 22 May 2022 - DÜNYA

Ukrayna müharibənin 88-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Rusiya indiyə qədər 29 050 hərbçi, 1285 ədəd tank, 3141 ədəd zirehli döyüş maşını, 599 ədəd artilleriya sistemi, 201 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 204 ədəd hərbi təyyarə, 170 ədəd helikopter, 2194 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 470 ədəd PUA, 43 ədəd xüsusi texnika, 107 qanadlı raket itirib.

Xəbər xətti