“Opel”lə toqquşan "Gelandewagen” aşdı - FOTO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yusif Səfərov küçəsindən Neftçilər prospekti istiqamətindəki yolda qeydə alınıb.

“Opel” markalı avtomobil “Mercedes Gelandewagen” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes Gelandewagen” aşıb.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, hadisə yerinə yol polisinin əməkdaşları cəlb edilib. Avtomobillər ərazidən götürülüb.///apa

 

Tarix
20 May 2022 [18:08]
Müəllif
Üç nöqtə
2022-05-20 18:08:23
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin