Mübariz Qurbanlının qardaşına vəzifə verildi

Azərbaycanda tanınmış sabiq prokuror Tariyel Qurbanova yeni vəzifə verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, o, Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.

Qeyd edək ki, T.Qurbanov Qaradağ və Hacıqabul rayonlarının prokuroru olub, eyni zamanda, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışıb.

O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

 

Tarix
17 May 2022 [23:05]
Müəllif
Üç nöqtə
2022-05-17 23:05:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin