Məşhur çatdırılma xidmətləri Zəngilan və Füzulidə gömrük anbarları yaradırlar - RƏSMİ

Logistika şirkətlərindən biri “Araz Vadisi İqtisadi Zonası”na rezident kimi fəaliyyət göstərmək üçün İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə müraciət edib.

Bunu “Report”a açıqlamasında Agentliyin rəhbəri Elşad Nuriyev deyib.

Onun sözlərinə görə, şirkət 50-yə yaxın yük avtomobili alıb və Zəngəzur dəhlizi açıldıqdan sonra fəaliyyətə başlamaq üçün infrastruktur yaradır.

“Bununla yanaşı “FedEX”, UPS, “ASE Express” və “Amerikan Express” şirkətlərinin yerli nümayəndəlikləri “Qarabağ Logistik” adlı şirkət yaradıblar. Əsas məqsəd orada (“Araz Vadisi İqtisadi Zonası”nda - red.) gömrük anbarlarının yaradılması, Zəngilan və Füzuli beynəlxalq hava limanlarında habların formalaşdırılması, beynəlxalq yükdaşımaların həyata keçirilməsidir”, - deyə E.Nuriyev qeyd edib.

 

Tarix
17 May 2022 [18:58]
Müəllif
Üç nöqtə
2022-05-17 18:58:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin