Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3180 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 338, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2322, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 252 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 681 428, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 343 196, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 843 421, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 252 206, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 242 605 nəfər təşkil edir.

 

Tarix
13 May 2022 [16:40]
Müəllif
Üç nöqtə
2022-05-13 16:40:53
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin