Bakıda 31 yaşlı kişi körpüyə çıxıb özünü doğradı

Bakıda intihara cəhd hadisəsi şahidləri şoka salıb.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində, “20 Yanvar” dairəsindəki körpüdə baş verib.

Bakı şəhər sakini, 31 yaşlı Edqar Qarayev intihar etmək məqsədi ilə körpüyə çıxıb. Bu zaman ətrafda olanlar və polis əməkdaşları onu xilas etmək üçün hərəkətə keçiblər.

Lakin E.Qarayev ona yaxınlaşanların geri çəkilməsi üçün ülgüclə bədənini doğramağa başlayıb. Buna baxmayaraq polis əməkdaşları çətinliklə də olsa, onu fikrindən daşındıra biliblər. Daha sonra E.Qarayev xəstəxanaya yerləşdirilib.

Onun hansı səbəbdən intihara cəhd etməsi isə hələlik bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Tarix
13 May 2022 [13:17]
Müəllif
Üç nöqtə
2022-05-13 13:17:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin