Dollara tələbat artıb

15:39 - 10 May 2022 - İQTİSADİYYAT

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Ucnoqta.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 40,6 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (5 may 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 31,8% artıb. Ötən valyuta hərracında bankların tələbi 30,8 mln. ABŞ dolları təşkil etmişdi.

Xəbər xətti