12 yaşlı Nurayın yaşamaq üçün rəqsi hər kəsi kövrəltdi - VİDEO

“ARB” telekalanalında yayımlanan “Səni axtarıram” verilişinə gələn leykozdan əziyyət çəkən Əmirli Nuray Zəka qızının əməliyyatı üçün 70 min dollar pul lazımdır.

Ucnoqta.az xəbər verir ki, yardım toplamaq üçün Xoşqədəm Hidayətqızının verilişinə çıxan Nurayın rəqsi hər kəsi duyğulandırıb.

Onun yaxınları xeyirxah insanlardan Nurayın müalicəsinə dəstək olmağı xahiş ediblər.

"Mən ölməkdən qorxmuram, valideynlərim üçün yaşamaq istəyirəm, çünki mən onların tək övladıyam", - Nuray duyğularını dilə gətirib.

Qeyd edək ki, Nurayın əməliyyatına 12 gün qalıb. Onun sağalması üçün ilik nəqlinə ehtiyacı var və bunun üçün 70 min dollar pul tələb olunur.

 

Tarix
23 Aprel 2022 [10:27]
Müəllif
Üç nöqtə
2022-04-23 10:27:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin