Roza hirsləndi: “Bu gündən omba haqqında yazanın ...” - VİDEO

15:01 - 19 Aprel 2022 - MAQAZİN

Müğənni Roza Zərgərli onun bədənini müzakirə edənlərə sərt cavab verib.

Ucnoqta.az xəbər verir ki, müğənni Roza Zərgərli sosial şəbəkə hesabında videomüraciət paylaşıb.

“Əziz saytlar, səhifələr, məndən inciməyin. Sən ölənlərinizin goru, bəsdirin qadınların arxasını müzakirə etdiniz. Bizim sənətimiz yoxdur ki, ombamızdan danışırsınız? Evinizdəkilərin ombası bizimkindən yekədir. Adam gərək söyüş söysün?! Bəsdir, mədəniyyətiniz, qanacağınız olsun! Azərbaycan incəsənəti o qədər cılızdır ki, bədənimizdən başqa müzakirə etməyə nəyiniz yoxdur? Elədiyimiz xeyriyyə işlərini, yaxşılıqları müzakirə edin! Bu gündən sonra omba haqqında yazanın var-yoxu ombadır! Dincəlin! Aldınız payınızı?! Daha kobud da söyə bilərəm! Mədəniyyətiniz olsun!”

Həmin görüntüləri təqdim edirik:

Xəbər xətti