Ukraynada ələ keçirilən "BTR-20" gəlin maşını oldu - FOTO

09:04 - 18 Aprel 2022 - MARAQLI

Ukraynada Rusiya ordusundan qənimət kimi ələ keçirilən BTR-20 tipli zirehli texnika gəlin maşını kimi istifadə edilib.

Hadisə Sumı şəhərində yaşanıb.

Ukrayna ordusunda xidmət edən hərbçi beş illik münasibətlərdən sonra sevgilisi ilə evlənmək qərarına gəlib. Cütlük hərbi maşın karvanı ilə müvafiq idarəyə yollanıb və nikah masasına əyləşib.

 

Xəbər xətti