Bu avtomobilləri ucuz almaq mümkün olacaq - VİDEO

08:39 - 30 Mart 2022 - AVTO

Ölkəmizə gətirilən bəzi avtomobillər idxal rüsumundan azad olunacaq.

Dövlət Gömrük Komitəsi elektrik mühərrikli avtomobillərin idxal rüsumundan azad olunması üçün təkliflər hazırlayıb. Müvafiq qurumlardan müsbət rəy alındıqdan sonra təkliflər hökümətə təqdim olunacaq.

İqtisadçı-ekspert Xalid Kərimli deyib ki, hazırda bu növ nəqliyyat vasitələrinə görə rüsum tələb edildiyi üçün belə maşınların ölkəyə gətirilməsində müəyyən çətinliklər yaşanır.
Ekspert bildirib ki, elektrik mühərrikli avtomobillər yeni sənaye sahəsinin məhsulu olduğuna görə dünya bazarında yüksək qiymətə satışa çıxarılır. Onun sözlərinə görə, bu tip avtomobillərin Azərbaycana idxalı zamanı rüsumun tətbiq edilməsi onların qiymətinə ciddi təsir edir. Xalid Kərimli qeyd edib ki, təkliflər qəbul olunarsa, qiymətlər enəcək və ekoloji təmiz avtomobillər daha əlçatan olacaq.

Ekspert əlavə edib ki, elektriklə işləyən avtomobillərdən geniş istifadə üçün paytaxtla yanaşı bölgələrdə də enerji doldurma məntəqələri qurulmalıdır.

Xəbər xətti