Bakı metrosu bayram günlərində 3 milyondan çox sərnişin daşıyıb

17:01 - 28 Mart 2022 - Ədəbiyyat

Bayram və istirahət günləri də daxil olmaqla, 2022-ci il martın 19-dan 27-nə qədər 9 gün ərzində "Bakı Metropoliteni" QSC 3 milyon 243 min 851 sərnişin daşıyıb.

Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu, orta hesabla gün ərzində 360 min 428 sərnişin deməkdir.

Ən çox sərnişin martın 19-da daşınıb (421 min 96 nəfər), ən az sərnişin martın 20-də daşınıb (215 min 703 nəfər).

Xəbər xətti