Gürcüstandan ölkəmizə avtomobil ixracı artıb

2022-ci ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana avtomobillərin təkrar ixracı 40,7 milyon dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə (27,9 milyon dollar) 45,8 faiz daha çoxdur.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinə məlumat yayıb.

2022-ci ilin hesabat dövründə Gürcüstandan Azərbaycana təkrar ixrac edilən avtomobillərin sayı 7,2 faiz artaraq 4292-dən 4601-ə çatıb.

Beləliklə, Azərbaycan 2022-ci ilin yanvar-fevral aylarında Gürcüstandan əsas avtomobil idxalçıları arasında birinci yerdədir. Azərbaycandan sonra Qazaxıstan (7,4 milyon dollar) və Ukrayna (6,8 milyon dollar) gəlir.

Bununla yanaşı, 2022-ci ilin yanvar-fevral aylarında Gürcüstandan avtomobillərin təkrar ixracı 72,5 milyon dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə (49,9 milyon dollar) 45,2 faiz çoxdur.

Tarix
27 Mart 2022 [15:12]
Müəllif
Üç nöqtə
2022-03-27 15:12:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin